əmr etmək

emretmek

əmr
əmr-vaqe
OBASTAN VİKİ
Əmr
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Ulul-əmr
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
Əmr Diab
Əmr Diab(ərəb. عمرو دياب‎, tam adı — Əmr Əbdül Basset Əbdül əl-Əziz Diab, ərəb. عمرو عبد الباسط عبد العزيز دياب‎; doğ. 11 oktyabr 1961, Port-Səid, Misir) — Misir müğənnisi və bəstəkarı. Əmr Diab 11 oktyabr 1961-ci ildə Port-Səiddə, Misir respublikasında doğulub. 2014 — Shoft El Ayam 2013 — El Leila (Tonight) 2011 — Banadeek Taala 2010 — Aslaha Btefre' (Promo Single) 2009 — Wayah (With Her) — Onunla 2007 — El Leila De (This Night) — Bu gecə 2005 — Kammel Kalamak (Keep Talking) 2005 — Greatest Hits (1996–2003) 2004 — Leily Nahary (Cd-Single) 2004 — Leily Nahary (My Day, My Night) — Mənim günüm, Mənim gecəm 2004 — Greatest Hits (1986–1995) 2003 — Allem Alby (Teach My Heart) — Qəlbimi öyrədin 2001 — Aktar Wahed (The Most One) — Tək ulduz 2000 — Tamally Maak (Always With You) — Həmişə səninlə 1999 — Amarein (Two Moons) — İki ay 1999 — The Best Of Amr Diab 1998 — Awedoony (They Got Me Used To) — İstifadə etdilər 1996 — Nour El-Ain (Light Of The Eye — Habibi) — Gözümün nuru 1995 — Ragaeen (We’ll Be Back) — Biz qayıdacağıq 1994 — Zekrayat (Memories) — Xatirə 1994 — W Ylomoony (And They Blame Me) — Onlar məni suçlayırlar 1993 — Ya Omrena (Our Life) — Bizim həyat 1992 — Ice Cream Fi Gleam (Ice Cream In Gleam) — Ice Cream Fi Gleam 1992 — Ayamna (Our Days) — Bizim günlər 1991 — Habibi (My Love) — Məhəbbətim 1990 — Matkhafeesh (Don’t Worry) — Narahat olmayın 1989 — Shawaana (Missing You) — Darıxıram 1988 — Mayyal (In Love) — Vurulmuş 1988 — Ya Helwa (Hey Pretty) — Ey bəsdir 1987 — Khalseen (We’re Even) — Bəlkə biz də 1986 — Hala Hala (Welcome, Welcome) — Xoş gəldin, xoş gəldin 1985 — We Mneen Ageeb Nas (To whom I Complain?) — Kimə şikayət edim?
Əmr Musa
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa Misir prezidentliyinə namizədliyini irəli sürmək haqda düşünür. "Russia Today" telekanalının verdiyi məlumata görə, bunu Əmr Musa özü etiraf edib. O, bu haqda düşündüyünü, lakin hələ yekun qərar vermədiyini söyləyib. İndiki mərhələdə isə ƏDL rəhbəri vətəndaşı olduğu Misirdə vəziyyətin qaydaya salınması üçün səylərin birləşdirilməsini vacib sayır. Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa Misirdə prezident seçkisində iştiraka hazır olduğunu bildirib. Əmr Musa misirlidir. 1936-cı ildə Qahirədə doğulub "Media forum" saytı xəbər verir ki, Əmr Musa prezident Hüsnü Mübarəkin 2011-ci ilin sentyabrında keçiriləcək seçkiyə qədər hakimiyyətdə qalacağına əmin olduğunu bildirib. Amma siyasətçi Mübarəkin qeyri-adi hadisələri və xaosu nəzərə alaraq başqa qərar verəcəyini də istisna etməyib. Liqa baş katibi indiki vəziyyətdə prezident seçkisini təcili təşkil etməyin mümkün olmadığını vurğulayıb və ona görə də özünün də Misirin keçid hökumətində iştirakını istisna etməyib: "Misirin keçid hökumətinin tərkibində hökmən "Müsəlman qardaşlar" kimi nəhəng müxalifət qurumu təmsil olunmalıdır. "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Badi Hüsnü Mübarəkin istefasından sonra keçid hökumətində iştirakla bağlı danışıqlara hazır olduğunu bildirib.
Əmr cümləsi
Əmr cümləsi – əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət, çağırış və s. bildirən cümlələrə deyilir. Cümlənin bu növü danışan şəxsin fikirlərini, arzu və istəyini, işə, hərəkətə münasibətini müxtəlif çalarda ifadə edir; məs.: İlahi, yandıq! Yaratdıqlarına rəhmin gəlsin! (Ə.Haqverdiyev) Çəkil get, dinməz otur yerində. Get öz mənzilində otur. Get, bala, ağlını başına cəm elə və otur yerində. (Ə.Haqverdiyev) Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə. (F.Kərimzadə) Dayı, mənim də bir məsləhətimə qulaq asın də.
Əmr sətiri
Əmr sətiri və ya Terminal – əməliyyat sistemində kompüterə əmrlər verilməsi üçün istifadə olunan proqram. Əmr sətirində qrafiki istifadəçi interfeysi olmadığından əmr sətri yalnız mətnlərdən ibarət olur. Əmr sətiri daha çox Unix bənzəri əməliyyat sistemlərində əlverişlidir. MS DOS-da isə çox az, demək olar ki, istifadə olunmur. Əmr sətiri sistemdən-sistemə dəyişiklik göstərə bilər.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Miqdad ibn Əmr
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Surakə ibn Əmr
Surakə ibn Əmr (ərəb. سراقة بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslam sərkərdəsi, Qafqazdakı fəth müharibələrinin iştirakçısı. Zu-n-Nun (ərəb. زو النون‎) və Zu-n-Nur (ərəb. ذو النور‎) kimi də tanınır. Surakə ibn Əmr 640-cı ildə Xəlifə Ömər ibn Xəttab tərəfindən Bab əl-Əbvab (Dərbənd) və Əl-Babın (Ermənistan) fəthinə məsul təyin edildi, onun avanqardına Əbdürrəhman ibn Rəbiə komandanlıq edirdi. Daha sonra isə rəhbərlik Rəbiəyə keçmişdir. O, həmçinin Bab əl-Əbvabın fars valisi Şəhrvarazla müqavilə bağladıqdan sonra digər fəthlərə dəstələr göndərir. Surakə ibn Əmr ordusunda fəaliyyət göstərməyə razı olan hər kəsİ cizyədən azad edir, həmçinin Tiflis və Azərbaycan fəth edilir. 651-ci ildə dağlıq ərazilər uğrunda gedən müharibə zamanı o dünyasını dəyişir və Əbdürrəhman ibn Rəbiə onun yerinə canişini təyin edilir.
Süheyl ibn Əmr
Süheyl ibn Əmr (ərəb. سهيل بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur Qureyşlilərdən biri. O, xətib ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir. Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbd Şəms ibn Əbd Vəd ibn Nəsr ibn Malik əl-Kürəşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, ət-Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.
Şəəba əl-Əmr
Şəəba əl-Əmr (ərəb. شعبة العامر‎) və ya Şavet-el-Amör (fr. Chabet el Ameur) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 187 metr yüksəklikdə yerləşir, 73 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 73 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 39 kilometr cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 33.459 nəfər idi.
Əmr ibn As
Həzrəti Əmr ibn As (Məkkə – 664, Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663) Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur.
Zirar ibn Əmr
Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو‎) (728, Kufə – 815, Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri. Zirar ibn Əmr Bəsrə və Bağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir. O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır. Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.
Əmr ibn Əbəsə
Əmr ibn Əbəsə (ərəb. عمرو بن عبسة‎) — səhabələrdən və hədis rəvayətçilərindən biri. Özünün dediyinə görə, Əmr ibn Əbəsə peyğəmbərliyinin ilk günlərində Məkkədə Məhəmmədlə görüşdü və ondan soruşdu: “Sən nəsən?”. “Mən Peyğəmbərəm” deyə cavab verdi. Əmr: “Peyğəmbər nədir?” deyə soruşdu. Cavab verdi: “Mən Allah tərəfindən göndərilmişəm”. "Allah səni nə ilə göndərdi?" – deyə Əmr soruşdu. “Bütləri məhv etmək və qohum-əqrəba ilə yaxşı rəftar etmək, bir Allaha iman gətirmək və heç kəsi Ona şərik qoşmamaq əmri ilə” deyə Məhəmməd cavab verdi. O, Hümsdə vəfat etmiş və orada dəfn edilmişdir. Onun Abdullah adlı bir oğlu var idi.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
On əmr (1956, film)
On əmr - 1956-ci il amerikan epik-dram filmi. İncil əsasında çəkilmiş filmdə fironun bacısı tərəfindən övladlığa götürülən və Misir şahzadəsi kimi böyüyən, amma əslində yəhudi olan Musanın yəhudiləri qulluqdan xilas edərən Sina dağına aparmasından və sonrasında olan hadisələrdən bəhs edir. Yuxusunun yozumunu dinlədikdən sonra firon I Ramses Misirdə doğulan bütün yəhudi uşaqlarının öldürməsini əmr edir. Yokabel hələ çağa olan oğlunu qurtarmaq üçün onu səbətdə Nilə buraxır. Fironun yaxın vaxtlarda dul qalan qızı Biziah (gələcəkdəki firon I Setinin bacısı) səbəti tapır və qulluqçusu Memnetin uşağın yahudi olmasından narahat olmasına baxmayaraq uşağı övladlığa götürür. Biziah uşağa Musa adını verir. Şahzadı Musa böyük sərkərdə olaraq böyüyür və gələcəkdə Efiopiya ilə olan savaşı ittifaq quraraq qazanır. Musa və Nefretiri bir-birləriə aşiq olurlar. Ancaq Nefretiri kraliyyət soyunu qorumaq üçün bir sonrakı fironla evlənmək məcburiyyətindədər. Yeni bir şəhər inşa etdirən Musa ona ibrani tanrısından bəhs edən daş ustası Yaşua ilə tanış olur.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Bəşir ibn Əmr əl-Kindi
Bəşir ibn Əmr əl-Hədrami əl-Kindi (ərəb. بَشیر(بُشر) بن عَمرو الحَضرَمی الکِندی‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabəsi. == Nəsil == Atasının adı Əmr və ya Ömər kimi qeyd olunur. O, Kində qəbiləsindən olan Hadramautdan idi. == Hüseyn ibn Əlini müşayiət etməsi == Bəşir (və ya Buşr) və oğulları Məhəmməd Kərbəlada Hüseyn ibn Əliyə qoşuldular. Aşura günü Bəşirə dedilər ki, onun başqa bir oğlu Rey sərhəddində əsir düşüb. Cavab verdi: “Onun işini Allaha həvalə edirəm. Mən onun əsir olmasını, mənim sağ qalmağımı istəmərəm”. Hüseyn bunu eşidəndə ona dedi: “Allah sənə rəhmət eləsin! Sən mənim beyətimdən azadsan.
Saəlim ibn Əmr ibn Abdullah
Səlim ibn Əmr ibn Abdullah (ərəb. سالِم بن عَمْرو بن عَبْدالله‎) — Kərbəla döyüşündə şəhid. O, Müslüm ibn Əqilin qiyamında onu müşayiət etdi və Müslümün şəhadətindən sonra Hüseyn ibn Əlinin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. Səlim ibn Əmr ibn Abdullah Bəni-Mədinə əl-Kəlbi qəbiləsinin xidmətçisi idi. O, Kufədə yaşayırdı. Səlim Müslüm ibn Əqilə qiyamda kömək etdi və Müslümün şəhadətindən sonra Kəsir ibn Şəhab tərəfindən həbs olundu. O, Übeydulla ibn Ziyadın zindanından qaçıb öz qəbiləsi ilə birlikdə gizlənməyi bacardı. Hüseynin karvanı Kərbəlaya çatdıqdan sonra Səlim və Bəni-Kəlbdən bir neçə nəfər Hüseynin ordusuna qoşuldu. Aşura günü şəhid oldu. Səlim Aşura günü ilk hücumda şəhid oldu.
Suveyd ibn Əmr əl-Xatəmi
Süveyd ibn Əmr əl-Xatəmi (ərəb. سُوَیْد بْن عَمْرو الخَثْعَمی‎) — Kərbəlanın sonuncu şəhidi. Süveyd ibn Əmr ibn Əbu Muta əl-Xatəmi Xəsəm qəbiləsindən olan əsilzadə idi. O, təqvalı, bacarıqlı və cəsur bir döyüşçü kimi tanınırdı. Süveyd Hüseyn ibn Əlinin ordusundan döyüş meydanına gedən sonuncu şəxs idi. O, ağır yaralanana qədər və digər şəhidlər arasında yerə düşüb ölümə buraxılana qədər Yezidin ordusuna qarşı igidliklə vuruşdu. Lakin Süveyd hələ də sağ idi və bir anda insanlardan Hüseynin öldürüldüyünü eşitdi. Böyük səylə ayağa qalxdı və şəhid olana qədər döyüşə davam etdi. Onun Urvə ibn Battan əl-Sələbi və Zeyd ibn Riqad əl-Cənbi tərəfindən öldürüldüyü deyilir.
Səlim ibn Əmr ibn Abdullah
Səlim ibn Əmr ibn Abdullah (ərəb. سالِم بن عَمْرو بن عَبْدالله‎) — Kərbəla döyüşündə şəhid. O, Müslüm ibn Əqilin qiyamında onu müşayiət etdi və Müslümün şəhadətindən sonra Hüseyn ibn Əlinin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. Səlim ibn Əmr ibn Abdullah Bəni-Mədinə əl-Kəlbi qəbiləsinin xidmətçisi idi. O, Kufədə yaşayırdı. Səlim Müslüm ibn Əqilə qiyamda kömək etdi və Müslümün şəhadətindən sonra Kəsir ibn Şəhab tərəfindən həbs olundu. O, Übeydulla ibn Ziyadın zindanından qaçıb öz qəbiləsi ilə birlikdə gizlənməyi bacardı. Hüseynin karvanı Kərbəlaya çatdıqdan sonra Səlim və Bəni-Kəlbdən bir neçə nəfər Hüseynin ordusuna qoşuldu. Aşura günü şəhid oldu. Səlim Aşura günü ilk hücumda şəhid oldu.